Bakı.Trend:
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyəcək.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, respublika rəhbərliyi tərəfindən rusiyalılarla bağlı bu cür yeniliklərin tətbiqi nəzərdə tutulmayıb. O, həmçinin qeyd edib ki, erməni cəmiyyəti hər zaman Rusiyadan gələn qonaqları məmnuniyyətlə qarşılayır.
“Biz Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qəbul edirik və görürük ki, onlar hazırda Ermənistanın turizm üstünlüklərinin tanıdılmasında çox fəal iştirak edirlər”, – deyə Paşinyan vurğulayıb.