Şuşa. Trend:
Şuşa şəhərinə gələn turistlər qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciətində deyib.
Onun sözləinə görə, şəhərə gələn şəxslərin həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurması narazılığa səbəb olub:
"Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir".