Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hücumun həyata keçirilməsi barədə göstəriş verib. Zərbələrin artıq bu həftəsonu başlanacağı və bir neçə gün davam edəcəyi ehtimal olunur. Bu barədə The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp yaxın ətrafına dəfələrlə şikayət edib ki, İranla imzalanmış qarşılıqlı anlaşma memorandumu heç bir nəticə verməyib və mənasız olub. Qəzet qeyd edir ki, İran da Vaşinqtona etimad göstərmir və Trampın hərbi gücdən istifadə ilə bağlı hədələri diplomatik nizamlanma imkanlarını daha da zəiflədir.
Bundan əvvəl CBS News telekanalı ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə hazırlaşdıqlarını bildirmişdi. Məlumata görə, hücumların əsas hədəfləri neft emalı zavodları və elektrik stansiyaları ola bilər.