Bakı.Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana neft ixracının həcmi artıb.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi Azərbaycanın xarici ticarət gömrük statistikasına əsasən, hesabat dövründə Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 204,9 milyon ABŞ dolları və ya 5,3 dəfə, həcm baxımından isə 279,5 min ton və ya 4,5 dəfə çoxdur.
Qeyd edilib ki, ötən ilin yanvar–iyun aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.