Bakı.Trend:
Avstraliyada “Telegram” messencerinə qarşı araşdırma başlanıb. Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə mübarizə aparmamaqda ittiham olunur.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
“Telegram”ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və kütləvi atışmaları əks etdirən videoları, o cümlədən Kristçörç və Buffalo terror aktlarına aid görüntüləri platformadan silməməsi Avstraliyanın Elektron Təhlükəsizlik Komissarlığının araşdırmanı başlatmasına zəmin olub.
Bildirilir ki, “Telegram”ı 38 milyon ABŞ dollarınadək cərimə gözləyir. Messenecerin nümayəndəsi agentliyə bildirib ki, bu ittihamlar məhkəmədə mübahisələndiriləcək.