Bakı.Trend:
İyulun 30-u səhər saatlarında Polşanın Lyublin rayonunda hava həyəcanı siqnalı verilib.
Bu barədə Polşa KİV-də məlumat yayılıb.
Tarnava-Koloniya və Tokarı yaşayış məntəqələri arasında naməlum obyektin səbəb olduğu ehtimal edilən çuxur və ətrafa səpələnmiş qalıqlar aşkarlanıb.
Gecə saatlarında hərbçilər Rusiyanın Ukraynaya həyata keçirdiyi kütləvi hücum zamanı Polşanın hava məkanına naməlum obyektin daxil olduğunu qeydə alıblar.
Hakimiyyət orqanları ilkin ehtimala əsasən bunun Rusiyaya məxsus raket ola biləcəyini düşünür. Lakin onun mənşəyi hələlik rəsmi şəkildə təsdiqlənməyib. Hadisə yerinə baxış davam etdirilir.
Həmçinin bildirilir ki, Polşanın Baş naziri Donald Tusk cümə axşamına planlaşdırılmış Nijnesilezsk rayonuna səfərini ləğv edib.