Bakı. Trend:
Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciət tarixi uzadılıb.
Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəsmi saytında dərc olunan məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 07.07.2026-cı il, saat 18:00-a qədər uzadılıb.
Qeyd edək ki, müraciət tarixi bu gün bitməli idi.
Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) rəsmi qaydada müraciət edilməlidir. Bu proses təhsilini xarici və ya yerli universitetdən başqa bir ali təhsil müəssisəsinə köçürmək istəyən tələbələr üçün nəzərdə tutulub.Müraciət üçün aşağıdakı addımları izləyə bilərsiniz:Sənədlərin Hazırlanması: İlk növbədə oxuduğunuz universitetdən akademik arayış (transkript) və tələbə bileti (və ya qeydiyyatı təsdiq edən sənəd) hazırlanmalıdır.Müraciət Kanalları: Şəhadətnaməni əldə etmək üçün elektron qaydada TKTA-nın rəsmi portalı vasitəsilə və ya şəxsən müraciət edə bilərsiniz. Detallı məlumat və onlayn müraciət üçün TKTA Rəsmi Saytı bölməsinə keçid edə bilərsiniz.
Prosesin yekununda qiymətləndirmə aparılır və tələbənin daha əvvəl topladığı kreditlərin köçürüləcək təhsil müəssisəsinin proqramına uyğunluğu müəyyən edilir.
Təqdim edilən sənədlərin autentikliyinin (həqiqiliyi) daha sürətli şəkildə yoxlanılması məqsədilə sözügedən sənədlərin QR kodlu və ya elektron imzalı (müvafiq keçid/link əlavə olunmaqla) formada təqdim edilməsi tövsiyə olunur.
Qismən akdemik tanınma üçün TKTA-ya müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:
1.Aktiv tələbə statusunu təsdiq edən arayış;
Müraciətçinin hazırda təhsil aldığı ali təhsil müəssisəsində aktiv tələbə olduğunu təsdiq edən arayış (sistemdə “diplom” xanasına yüklənilməlidir) apostil möhürü ilə leqallaşdırılmış olmalıdır.
2. Akademik transkriptə dair tələblər.