Bakı. Trend
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış müddətinin genişləndirilməsini planlaşdırır.
ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, yüksək tələbat nəzərə alınaraq aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqi nəzərdə tutulur.
Onun sözlərinə görə, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur, lakin ölkəyə giriş yalnız təyyarə və qatarla mümkün olduğundan Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə yüksək tələbat formalaşıb.
Hazırda aktiv bilet satışı 30 günlük dövrü əhatə edir və hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır.