Bakı. Trend:
Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun tarixində keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı yeddi partiya və blokun iddialarını icraata qəbul edib.
Bu barədə məhkəmənin "Facebook" səhifəsində məlumat verilib.
"Ermənistan Konstitusiya Məhkəməsi 21 iyun 2026-cı il tarixində keçirilən işçi iclasda Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının “Ermənistan Respublikasının Milli Məclisinə 7 iyun 2026-cı il tarixli növbəti seçkilərin yekunlarının təsdiqlənməsi haqqında” qərarı ilə bağlı “Güclü Ermənistan” bloku, “Birlik Qanadları” partiyası, “Demokratiya Qanun İntizam” partiyası, “Çiçəklənən Ermənistan” partiyası, “Respublika naminə demokratiya müdafiəçiləri ittifaqı” partiyası, “Ermənistan” bloku və “Yeni Güc” partiyasının müraciətlərinə əsasən işlərə baxılmasını icraata qəbul edib", -deyə bildirilib.
Qeyd edilib ki, bu işlər birləşdirilib və 26 iyun 2026-cı il tarixində, saat 11:00-da keçiriləcək eyni məhkəmə iclasında baxılacaq.