44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbədən dərhal sonra Qarabağda böyük tikinti, bərpa-quruculuq işlərinə start verilib. Bu gün Qarabağda minlərlə yaşayış binası və fərdi evlər tikilib. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış çərçivəsində məskunlaşdırılma həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə görüləsi işlər isə hələ çoxdur. Söhbət dağıdılmış yaşayış məntəqələrindəki evlərin yenidən tikilməsindən gedir. Məhz bu tikintilər zaman-zaman müəyyən müzakirələr doğurub, müxtəlif təkliflər səsləndirilir. Belə təkliflərdən biri də keçmiş məcburi köçkünlərə öz evlərini özlərinin tikməsinə şərait yaradılması ilə bağlıdır.
Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev də belə bir təkliflə çıxış edib.
"Qarabağa qayıdan keçmiş məcburi köçkünlər evlərini özləri tiksiinlər. İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir. Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır”,-R.Nurullayev deyib.
Qarabağdan olan bəzi tanınmış şəxslər Modern.az-a açıqlamada Razi Nurullayevin təklifinə münasibət bildiriblər.
Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bu təkliflə qəti şəkildə razı olmadığını bildirib:
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədovun fikrincə, əhalinin öz evlərini özlərinin tikməsi məsələsi indi yox, gələcəkdə nəzərdən keçirilə bilər:
Kəlbəcərdən olan jurnalist, "Türküstan" qəzetinin rəhbəri Aqil Camal isə Razi Nurullayevin təklifi dəstəkləyib:
Nəzərə alsaq ki, zaman gedir. 30-35 il əvvəl o torpaqlardan gəlmiş insanların bir çoxu həyatlarını itiriblər. Doğma torpaqlara qayıtmaq üçün isə onillikləri gözləmək müşkülə çevrilir. Bu baxımdan məhz məcburi köçkünlərin özləri tərəfindən də bir neçə dəfə belə təkliflər səsləndirilib ki, kimin imkanı varsa, həmin şəhərlərdə və yaxud da kəndlərdə öz vəsaitləri hesabına evlərini ya bərpa etsinlər, ya da yeni evlər tiksinlər.
Burada işlər təbii ki, arxitektura, yeni təsdiq olunan baş planlar əsasında gerçəkləşdirilə bilər. Bir də həmin əraziyə, bölgəyə tikinti materiallarının çatdırılması, orada münasib qiymətə təklif olunması nəzərdən keçirilə bilər. Yaxud da məcburi köçkünlərə hansısa formada kreditlərin verilməsi kimi addımlar atıla bilər. Amma ötən beş ildə köçürülən əhali sayına əsasən deyə bilərik ki, Böyük Qayıdışın yekunlaşması üçün bizə bir neçə onilliklər lazımdır. Bu baxımdan hesab edirəm ki, səsləndirilmiş təklif dəstəklənməlidir".
"Həqiqətən də yerli əhali, məcburi köçkünlər bu məsələ ilə bağlı mənə də müraciət edirlər ki, "icazə versinlər evıərimiz özümüz tikək". Amma şəxsən mən özümə qalsa, hökumətə inanıram. Hər halda tikinti işləri zamanı hökumət mühəndislərin məsləhətlərini nəzərə alır. Deməli, işlər dövlət standartlarına uyğundur. Şəxsən özüm üçün istərdim ki, hökumət tiksin. Mənim fikrim budur".