Bakı. Trend:
“Tottenhem” futbol klubu İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.
77-ci dəqiqədə “Çelsi”nin qapıçısı Mayk Penders topu öz qapısına göndərib. Künc zərbəsindən sonra belçikalı qapıçı topu yumruğu ilə uzaqlaşdırmağa çalışsa da, uğursuzluğa düçar olub. 80-ci dəqiqədə “Çelsi”nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyunun yekun hesabını isə “Tottenhem”in fransalı hücumçusu Matis Tel müəyyənləşdirib.
“Tottenhem” İngiltərə çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Komanda əvvəlki turda doğma meydanda “Koventri”ni 3:1 hesabı ilə məğlub edib. Bununla belə, cari mövsümdə London klubunun başqa qələbəsi yoxdur. “Tottenhem” 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.