Bakı. Trend:
FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən futbol üzrə ilk FIFA U-15 dünya çempionatı və festivalına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə C. İnfantino "Instagram" hesabında yazıb.
"Azərbaycanda keçirilən ilk FIFA U-15 dünya çempionatının açılış matçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında olmaq üçün gözəl bir fürsətim oldu!" - deyə FIFA prezidenti yazıb.
Onun sözlərinə görə, onlar tarixi matçı birlikdə izləyib, futbola olan ortaq sevgilərini və bu idman növünün insanları birləşdirmək kimi unikal xüsusiyyətini müzakirə ediblər.
“Futbol ümid bəxş etmək, insanları təbəssüm etdirmək, körpülər qurmaq və ömürlük dostluqlar yaratmaq kimi heyrətamiz xüsusiyyətə malikdir”, – deyə С. İnfantino vurğulayıb.
O, həmçinin turnirin təşkilində Azərbaycan rəhbərliyinin mühüm rolunu qeyd edib.
“Prezident İlham Əliyevin dəstəyi bu yarışın Bakıda keçirilməsində həlledici rol oynayıb”, – deyə FIFA prezidenti bildirib.
С. İnfantino əlavə edib ki, FIFA və Azərbaycanın birgə fəaliyyəti sayəsində təşkilatın üzvü olan 189 assosiasiyadan olan gənc futbolçular dünya səhnəsində özlərini göstərmək və arzularını gerçəkləşdirməyə bir addım daha yaxın olmaq imkanı əldə ediblər.