ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə, cümə günü Omanda keçirilməsi planlaşdırılan danışıqlar İranın nüvə proqramından kənar hər hansı bir məsələni müzakirə etməkdən imtina etməsi səbəbilə ləğv olunub.
“Biz onlara dedik ki, ya bu variantdır, ya da heç nə. Onlar isə cavab verdilər: “Yaxşı, onda heç nə”.
Biz istəyirik ki, tez bir zamanda real razılaşmaya nail olaq, əks halda insanlar başqa variantlara baxmağa başlayacaqlar”, - ABŞ rəsmisi bildirib.
"Reuters"ə danışan amerikalı mənbələr isə bildiriblər ki, Tramp hazırda İrana qarşı hərbi əməliyyata daha çox meyllidir.
ABŞ və İran tərəfindən rəsmi açıqlama verilməyib.