Bolqarıstan prezidenti Rumen Radev istefa verib.
Modern.az bu barədə Bolqarıstanın BTV kanalına istinadən xəbər verir.
Məlumata görə, o, növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
Parlamentin sədri Raya Nazaryan prezident səlahiyyətlərini icra edəcək və iki ay ərzində yeni prezidentin seçiləcəyini elan etməlidir, bundan sonra isə parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, Radev Bolqarıstanda ən populyar siyasətçidir və ən yüksək etimada malikdir. Lakin, Avropa Birliyindəki əksər parlament respublikalarında olduğu kimi, Bolqarıstan prezidentinin səlahiyyətləri məhdud olaraq qalır.
Son həftələrdə Bolqarıstanda Radevin yeni siyasi hərəkat yaratması və erkən seçkilərdə iştirak etməsi ilə bağlı fəal müzakirələr aparılır.