Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də ölkəni bürüyən iğtişaşlarla bağlı vəziyyəti son dərəcə ciddi adlandırıb.
“Bu gün sizə son dərəcə ciddi bir məqamda müraciət edirəm”, - deyə o, Yelisey sarayından televiziya ilə yayımlanan müraciətində bildirib. Onun sözlərinə görə, oktyabrın 17-də Fransa “solçu radikal qruplaşmaların nəzarətdən çıxmış zorakılığı” ilə üzləşib.
Makron hökumətdən baş verənlərdən nəticə çıxarmağı və belə halların təkrarlanmaması üçün əlindən gələni etməyi tələb edib.
“Hazırkı şəraitdə prefektlər şəhərlərin, ictimai binaların və ticarət obyektlərinin təhlükəsizliyini təmin etmək üçün merlərlə birgə qərarlar qəbul edəcəklər. Zərurət yarandıqda, ayrı-ayrı kütləvi tədbirlərin qadağan edilməsi və digər zəruri tədbirlərin görülməsi də bu qərarlara daxildir”, - deyə Makron qeyd edib.