Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İrandakı kütləvi etirazlara münasibət bildirib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, Türkiyə İranın "bu təhlükəli dövrün öhdəsindən gələcəyinə" inanır.
"Qonşumuz İran İsrail hücumlarından sonra sosial sülh və sabitliyi təhdid edən yeni bir çətinliklə üzləşir. Hamımız küçələrdə baş verən hadisələri diqqətlə izləyirik. İnanırıq ki, dialoq və diplomatiyaya üstünlük verən həssas və ehtiyatlı siyasətlə iranlı qardaşlarımız Allahın köməyi ilə bu təhlükəli dövrün öhdəsindən gələcəklər", - Ərdoğan qeyd edib.