ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarət ideyasını yenidən gündəmə gətirərib və bunu milli təhlükəsizlik məsələsi kimi əsaslandırıb. Modern.az-ın məlumatına görə, Vaşinqton hesab edir ki, Arktika bölgəsində artan geosiyasi rəqabət fonunda Qrenlandiya ABŞ üçün strateji əhəmiyyət daşıyır və bu ada üzərində nəzarət Rusiyanın və Çinin bölgədə möhkəmlənməsinin qarşısını almaq baxımından vacibdir.