Qrenlandiyadakı Almaniya hərbçiləri bazar günü səhər saatlarında Berlindən gözlənilmədən adanı təcili tərk etmək barədə əmr alıblar.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, admiral Ştefan Pauli başda olmaqla 15 zabit və əsgər artıq Nuuk hava limanındadır və “Icelandair” aviaşirkətinə məxsus təyyarə ilə adanı tərk etməlidirlər. Qəzetin iddiasına əsasən, Bundeverin ön qrupuna Almaniya hakimiyyəti tərəfindən bu qəfil gedişin səbəbi ilə bağlı heç bir izahat verilməyib, planlaşdırılan bütün tədbirlər ləğv olunub. Qeyd edir ki, rəsmi açıqlamalar verilməyib və proses tam məxfilik şəraitində həyata keçirilir.