İrəvanda "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan istintaq təcridxanasından evə aparılıb.
Modern.az bu barədə "Sputnik-Ermənistan" saytına istinadən xəbər verir.
Xatırladılır ki, yanvarın 16-da S.Karapetyan Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.
Həmin məhkəmə aşağı instansiya məhkəməsinin 2025-ci ilin sonunda qəbul etdiyi ev dustaqlığı barədə qərarı ləğv etmişdi.
Lakin yanvarın 17-də Antikorrupsiya Məhkəməsi S.Karapetyanın ev dustaqlığı müddətinin uzadılması barədə yeni qərar qəbul edib.
İş adamının evinin qarşısına toplaşan tərəfdarlarına xəbərdarlıq edilib ki, məhkəmənin qərarına əsasən, S.Karapetyana yaxınlaşmaq və onunla danışmaq qadağandır.
Qeyd edək ki, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan ruhanilərlə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə yeni cinayət işi açılıb.