“İran etirazçılara qarşı toksik kimyəvi maddə tətbiq etmiş ola bilər”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya parlamentinin keçmiş üzvü Bill Rammell "GB News" telekanalının efirində deyib.
O bildirib ki, nümayişlər zamanı saxlanılanlarla qəddar rəftarı əks etdirən reportaj-faktlar var:
"Ehtimal olunur ki, etirazçılara qarşı hansısa toksik kimyəvi maddə tətbiq edilib və buna görə də bəzi zərərçəkənlər bir neçə gündən sonra vəfat ediblə”.
Qeyd edək ki, bundan əvvəl İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi ölkədəki etirazlar barədə danışarkən vurğulayıb ki, iğtişaşlara görə ABŞ məsuliyyət daşımalıdır.