Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşıb.
Matç "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Andrade, 10-cu dəqiqədə Joni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə vurub.
"Qarabağ" Misli Premyer Liqasında qış fasiləsinə 36 xalla 2-ci pillədə yollanıb. "Neftçi" isə Özbəkistan Superliqasının başa çatan 2025-ci il mövsümünün çempionu olub.
Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.