Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb. Modern.az xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır. Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar. Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub. Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.