Bakı. Trend:
Azərbaycanda insanlar daha çox icbari sığorta növləri ilə tanışdır. Lakin könüllü sığorta da son illər daha çox maraq doğurmağa başlayıb. Bunun əsas səbəbi insanların gözlənilməz xərclərə qarşı əvvəlcədən maliyyə hazırlığı görmək istəməsidir.
Könüllü sığorta ilə insan öz ehtiyacına uyğun olaraq evini, avtomobilini, sağlamlığını və ya səyahətini sığortalaya bilər. Belə sığortalar risk baş verdikdə yaranan maliyyə yükünü azaltmağa kömək edir.
Məsələn, avtomobil sahibi KASKO sığortası, ailə başçısı ev sığortası, tez-tez xaricə gedən şəxs isə səyahət sığortasını istəyərək alır. Bir də var – könüllü tibbi sığorta. Bu növ sığortanı adətən şirkətlər öz əməkdaşlarına sosial təminat paketi kimi alır. Bu onlar üçün mühümdür. Bununla şirkətlər daha güclü mütəxəssisləri cəlb edir və öz əməkdaşlarına dəyər verdiyini göstərir. Bu isə şirkətdə loyallığı artırır və tez-tez yeni əməkdaş axtarmağa ehtiyac qalmır.
Bir çox insan hesab edir ki, könüllü sığorta “əşi belə də gedər” düşüncəsinə deyil, gözlənilməz xərclərə hazırlıqlı olmaq və öz büdcəsinə investisiya etməkdir. Bu baxımdan, könüllü sığorta seçimi təkcə bu gün üçün deyil, sabahkı maliyyə xərcləri üçün də vacib məsələdir.
Könüllü sığortanı da seçəndə elə seçmək lazımdır ki, təminatlar geniş olsun. “PAŞA Sığorta” KASKO ilə bağlı yol nəqliyyatı hadisəsi, atılmış və düşmüş əşya, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, partlayış, təbii fəlakət, yanğın kimi geniş təminat təklif edir. Elə ev sığortasında da çox geniş risklər əhatə olunur. “Yaşıl Azərbaycan” əmlak sığortası proqramı ilə yanğın, qaz partlayışı, nəqliyyat vasitələrinin vurması, oğurluq və ya qarət, subasma, təbii fəlakətlər, qısaqapanma, digər şəxsin hərəkətinə qarşı sığortalanır.