330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin (EVX) çəkilişinə və metal dayaqların satın alınmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə Modern.az “Azərenerji” ASC-dən məlumat əldə edib.
Məlumata görə, “Azərenerji” metal dayaqları Türkiyənin “Mitaş Endüstri Sanayi Tic.A.Ş” şirkətindən alır. Bununla bağlı 6.516 milyon manat dəyərində müqavilə bağlanılıb.
Bundan əlavə, “Azərenerji” 330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin çəkilişini isə "Azenco" şirkətinə həvalə edib və onunla isə 18.1 milyon manat dəyərində müqavilə imzalayıb.(Mənbə: iqtisadiyyat.az)