Ermənistan mediası ABŞ-ın vitse-prezidenti J.D.Vensin 2026-cı ilin fevralında İrəvana səfər edə biləcəyi barədə xəbər yayıb. Məlumatlarda qeyd olunur ki, həmin günlərdə Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin mümkün səfəri bununla əlaqələndirilə bilər.
Modern.az xəbər verir ki, Ermənistan KİV-i məsələyə münasibət öyrənmək üçün Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, "Ermənistana planlaşdırılan yüksək vəzifəli səfərlər barədə vaxtında və müvafiq məlumat veririlir".