Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın kommunal xidmət rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, hazırda hamımız Prezident İlham Əliyevin tarixi çıxışının təəssüratları (təsiri altında) ilə yaşayırıq. O vurğulayıb ki, bu çıxışlar adi bir çıxış deyil, onlar Qarabağ probleminın əksinə, keçmişə və bu günə nəzər salmaqla gələcəyə yönəlmiş dərin məzmunlu bir mesaj kimi qəbul edilməlidir.
"Bu çıxış gələcək nəslin tarixçiləri üçün daim əhəmiyyətli olacaq. Onun elmi dərinliyi, təqdim olunan faktlar və irəli sürülən təhlillər, şübhəsiz ki, gələcəkdə çoxsaylı dissertasiyaların mövzusuna çevriləcək. Bu gün biz Azərbaycanın müstəqilliyinin miqyasını bir daha əyani şəkildə hiss etdik", – deyə o, fikrini yekunlaşdırıb.
Müşavirədə Bakıda şəhərinin bəzi rayon icra hakimiyyətlərinin, xüsusilə də Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyəti tənqid olundu. Mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə tədbirlər planı qəbul edildi.
Müşavirədə həmçinin şəhərin abadlaşdırılması, kommunal xidmətlər və yaşıllaşdırma işləri ilə bağlı cari məsələlər müzakirə olundu və bu işlərin sürətləndirilməsi barədə tapşırıqlar verildi.