Bakı.Trend:
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Onun Şamaxıda qaldığı evdə vəfat etdiyi bildirilib. Vüsal İbrahimovun hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Xatırladaq ki, V.İbrahimov 2 ay öncə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyin edilmişdi