Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün hazırlanmış “sülh planı”nın bütün 20 bəndini açıqlayıb. Modern.az xəbər verir ki, sənəddə aşağıdakı müddəalar var:
1. Ukraynanın suverenliyinin təsdiqi.
2. Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca vəziyyətin monitorinqi ilə hücum etməmək paktının bağlanması.
3. Təhlükəsizlik zəmanətləri.
4. Sülh dövründə Ukrayna ordusunun 800.000 nəfərlik heyətlə məhdudlaşması.
5. ABŞ, NATO və Avropa Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi. Rusiyanın yeni işğalı halında hərbi cavab və sanksiyaların yenidən tətbiqi edilməsi.
6. Rusiyanın Avropa və Ukraynaya qarşı təcavüzkarlıq siyasətini bütün zəruri qanunvericilikdə təsbit etməsi.
7. Ukraynanın əvvəlcədən müəyyən edilmiş müddət ərzində, sabit qoşulma tarixi ilə AB-nin üzvü olması.
8. Ayrı bir investisiya müqaviləsində müəyyən ediləcək qlobal inkişaf paketinin formalaşdırılması.
9. Ukrayna üçün 800 milyard dollarlıq bir neçə bərpa fondunun yaradılması.
10. Ukrayna ilə ABŞ arasında sərbəst ticarət müqaviləsinin sürətləndirilməsi. 11. Ukraynanın nüvə silahından azad statusunun təmin edilməsi.
12. Zaporojye Atom Elektrik Stansiyasının güzəştə gedilməməsi. ABŞ-ın əsas rol oynadığı üçtərəfli idarəetmə təklifinə qarşı Kiyevin təklifi: ABŞ və Ukraynanın stansiyanı bərabər əsasda birgə idarə etmələri.
13. Məktəblərdə tolerantlığın, mədəniyyətlərarası anlaşmanın inkişaf etdirilməsinə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarının tətbiqi.
14. Ərazi məsələləri. Ukraynanın təklifi: Rusiya ordusu Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "olduğumuz yerdə qalırıq" prinsipi tətbiq olunur.
Rusiya Ukrayna ordusunun Donetsk vilayətindən çıxmasını tələb edir. ABŞ azad iqtisadi zona şəklində güzəşt təklif edir. "Olduğumuz yerdə qalırıq" barədə razılıq olmadığı təqdirdə, azad iqtisadi zona seçimi yalnız bütün sənədin təqdim edilməli olduğu referendum yolu ilə mümkündür.
1. Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər.
2. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə müdaxilə etmir.
3. Mülki şəxslərin, uşaqların və siyasi məhbusların qaytarılması ilə yanaşı, əsir mübadiləsi də həyata keçirilir.
4. Ukrayna müqavilə imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməyi öhdəsinə götürür.
5. Müqavilə hüquqi cəhətdən məcburi olur və onun icrasına nəzarət ABŞ prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurasına həvalə edilir.
6. Bütün tərəflər şərtlərlə razılaşdıqdan sonra tam atəşkəs dərhal qüvvəyə minir.