Azərbaycandan 22 yanacaq vaqonu daşıyan qatar artıq Ermənistanın Ayrum dəmir yolu stansiyasına çatıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1218 ton Azərbaycan benzinini 2 yerli özəl şirkət idxal edib. Amma həmin şirkətlərin adları açıqlanmayıb.
Ermənistan iqtisadiyyat naziri Qevork Papoyan isə qeyd edib ki, bu, təkcə iki ölkə arasında sülhün bərqərar olmasından bəri deyil, həm də bütövlükdə müstəqillik qazandıqdan bəri Ermənistan və Azərbaycan arasında ilk ticarət-iqtisadi sövdələşmədir.