Bakı. Trend:
Macarıstan Rusiyadan neft və təbii qaz idxalını azaltmağı planlaşdırır. Bununla belə, Budapeşt yaxın gələcəkdə Rusiya enerji resurslarından tamamilə imtina etməyin mümkün olmadığını etiraf edir.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Baş nazir hökumətinin Rusiyadan enerji asılılığının azaldılması istiqamətində addımlar atacağını təsdiqləyib.
Onun sözlərinə görə, Macarıstan Rusiya enerji resurslarına alternativ təchizat mənbələri və marşrutları tapmaq üçün səylərini davam etdirir.
“Lakin biz bir gecədə Rusiyanın enerji resurslarından asılılığımızı aradan qaldıra bilmərik”, – deyə Magyar vurğulayıb.