Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.
Metbuat.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın "Aİ-95" markalı benzinini daşıyan yük qatarı artıq Ermənistandadır. Neft məhsulları daşıyan 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.
Qeyd edək ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Ağstafadan Gürcüstana yola salınmışdı.