Sumqayıtda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Modern.az xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.
Vəfat edən gəncin Klassik Xalq Cəbhəsi partiyasının sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi olduğu bildirilir.
Qeyd edək ki, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var.
Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.
Onun ürək tutmasından öldüyü deyilir.
Xatırladaq ki, M.Mirəlioğlu 1991-ci ildə oğlu Müşviqi, 2009-cu ildə isə oğlu Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib. (Mənbə: den.az)