Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu son iki ayda 5 dəfə artıb.
Modern.az xəbər verir ki, oktyabrdan bəri özəl təhsil müəssisəsinin dövlətə borcu 80 min manatdan çox artıb.
Belə ki, cari ilin oktyabr ayında universitetin düşdüyü borcun miqdarı 17 791.13 manat təşkil edib.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, hazırda ali məktəbin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə olan borcunun miqdarı 98 240.52 manata yüksəlib.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur. (Mənbə: iqtisadiyyat.az)