Stanford universitetinin süni intellektlə işləyən sistemi ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində sərbəst uçan robotu idarə edib.
Metbuat.az xəbər verir ki, süni intellektlə işləyən sistemin fəaliyyəti uğurlu alınıb. Süni intellekt marşrut hesablama müddətini 60 faizə qədər azaldıb. Məlumata görə, mikroqravitasiya mühitində naviqasiya hətta təlim keçmiş astronavtlar üçün də çətin prosesdir. Bildirilir ki, NASA-nın kub formalı “Astrobee” robotu ilə işləyən Stanford tədqiqat qrupu, mövcud metodlardan daha intensiv və təhlükəsiz marşrutlar planlaşdıra biləcəyini nümayiş etdirib.
Bu uğur kosmik robotlar üçün minimal insan iştirakı ilə ekstremal mühəndislik mühitində intensiv və təhlükəsiz hərəkət etmək çətinliyini aradan qaldırır.