“Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq”.
Metbuat.az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda Mərkəzin direktoru Mübariz Ağayev deyib.
Mərkəzin direktoru vurğulayıb ki, qısa müddətdə bu xidmətlər tam hazır vəziyyətə gətirilərək vətəndaşların ixtiyarına veriləcək
“Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır”.