Metbuat.az xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkov və Prezident Donald Trampın kürəkəni Cared Kuşner telefon danışığı zamanı Volodimir Zelenskidən şərtləri qəbul etməsini istəyib. ABŞ mediasının iddiasına görə, adı açıqlanmayan Ukrayna rəsmisi bildirib ki, ABŞ nümayəndələri Zelenskiyə Donbası Rusiyaya güzəştə getməyə razı salmağa çalışıblar.