Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinə aid anbarda baş verən yanğın gecə saatlarında yenidən şiddətlənib.
Metbuat.az xəbər verir ki, ərazidə FHN-in xeyli sayda şəxsi heyəti və xüsusi texnikası işləyir.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.