Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə qətlə səbəb insanların qızın atasını övladının pulu ilə dolandırmasına lağ etməsi olub.
Qeyd edək ki, Radhika Yadav Hindistanın Haryana ştatının Qurqao şəhərindən olan 25 yaşlı tennisçi və məşqçi idi. O, 23 mart 2000-ci ildə anadan olub. Beynəlxalq Tennis Federasiyası (ITF) turnirlərində iştirak edib və cütlər kateqoriyasında ən yüksək reytinqi təxminən 113-cü yer olub. Sonradan idmançı karyerasını dayandıraraq məşqçiliyə keçib və şəhər boyu müxtəlif kortlarda tələbələrini məşq etdirməyə başlayıb.