Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.
"İyunun 28-də Şimali Vəziristan bölgəsində ən azı 13 əsgərin ölümü və çoxlu sayda insanın, o cümlədən mülki şəxslərin yaralanması ilə nəticələnən dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Biz bu qorxaq terror aktını ən kəskin şəkildə pisləyir və sülh və təhlükəsizliyə təhdid edən terrorun bütün formalarına qarşı qəti mövqeyimizi bir daha bildiririk", - deyə paylaşımda bildirilib.