"Liverpul" ötən mövsümü "Qalatasaray"da icarə əsasında oynayan "Napoli"nin futbolçusu Viktor Osimheni transfer etməkdə maraqlıdır.
Metbuat.az xəbər verir ki, nigeriyalı oyunçunun İngiltərə komandasına potensial keçidinə əsas maneə onun maliyyə tələbləriola bilər. Bildirilir ki, "Qalatasaray" hazırda Osimhenin transferi üçün favorit sayılır.
Qeyd edək ki, Viktor Osimhenin Avropada futbol oynamaq istədiyi deyilir. Futbolçunun “Əl Hilal” klubunun 40 milyonluq təklifini rədd etdiyi irəli sürülür.