Bakı. Trend:
İsraildə Knessetə keçirilən seçkilərlə əlaqədar səsvermə məntəqələri bağlanıb.
Bu barədə ölkənin 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, seçkilərdə seçici fəallığı rekord həddə çatıb. Səsvermənin başa çatmasına iki saat qalmış, yerli vaxtla saat 20:00-a olan məlumata əsasən, seçicilərin 74,3 faizi səs verib. Bu göstərici 2022-ci il parlament seçkilərində qeydə alınan 70,63 faizlik yekun fəallığı da üstələyib.
Seçkilərdə iştirak etmək üçün 36 partiya qeydiyyatdan keçib. Səsvermə hüququna malik olan israillilərin sayı 7,3 milyon nəfərdir.
Yekun nəticələrin noyabrın 4-dək rəsmi şəkildə dərc olunması gözlənilir. Bundan sonra İsrail Prezidenti İsaak Herzoq Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələr apararaq yeni hökumətin formalaşdırılması prosesinə başlayacaq.