ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə 12 ölkə vətəndaşının ABŞ-yə səyahətinə qadağa qoyub.
Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Açıqlamada deyilir ki, dünyadakı təhlükələr əsasında siyahıya yeni ölkələrin əlavə oluna bilər. Trampın imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə səyahəti tamamilə qadağan edilib.
Bundan əlavə, Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının ABŞ-yə səyahəti qismən qadağan edilib.