Bakı.Trend:
Yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi təxminən 5 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 524,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon dollar təşkil edib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 345,7 milyon dollar və ya 7,5 dəfə, tədarükün həcmi isə 416,8 min ton və ya 4,9 dəfə artıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Hindistana 53,5 milyon dollar dəyərində 107,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına əsasən, Hindistan 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında dördüncü yeri tutub.
2021-2025-ci illərdə Azərbaycandan Hindistana bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixrac həcmi aşağıdakı kimi dəyişib:
İl
İxrac həcmi
İxrac dəyəri
2021
1,261 mln.ton
584,2 mln.ABŞ dolları
2022
2,016 mln. ton
1,625 mlrd. ABŞ dolları
2023
2,025 mln.ton
1,227 mlrd. ABŞ dolları
2024
1,169 mln.ton
729,8 mln.ABŞ dolları
2025
335 min ton
167,3 mln.ABŞ dolları