Bakı.Trend:
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Masallı rayonu, Boradigah qəsəbə 1 nömrəli 624 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1 500 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 5 milyon 879 min 387,76 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 3 noyabr saat 14:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 3 noyabr saat 14:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 12 465 73 48
Əlaqələndirici şəxs: Salahova Nuranə-Gülgün
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18