Şimali Koreya lideri Kim Çen In beynəlxalq siyasi məsələlərdə Rusiyanı dəstəkləyəcəyini bəyan edib.
Metbuat.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun paytaxt Pxenyana səfəri ilə bağlı xəbər dərc edib. Şimali Koreya lideri Kim Çen In Pxenyanda Şoyqunu qəbul edib. Bəyanatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.
Görüş zamanı Kim bəyan edib ki, Şimali Koreya Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcək.