"Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlar zamanı tərəflər sülhün təmin olunmasına dair sənədləri mübadilə ediblər".
Metbuat.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsdə NATO tədbirinin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
"Onlar Türkiyə tərəfinin vasitəçiliyi ilə sənədlərlə mübadilə ediblər. Hazırda yeni əsir mübadiləsinə hazırlaşırıq", - deyə Zelenski bildirib.