Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Heqset Çinin 2027-ci ilə qədər Tayvanı "işğal etməyi" planlaşdırdığını bildirib.
"Biz bilirik ki, Çin prezidenti öz ordusuna 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazırlaşmağı əmr edib. Çin Xalq Azadlıq Ordusu bunu etmək üçün lazım olan imkanları inanılmaz sürətlə qurur", deyərək o, müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb.
Heqset həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp gələn il 1 trilyon dollardan çox xərcləmə planları ilə ABŞ ordusunu daha da gücləndirəcək.