Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunmuş məlumatda qeyd olunub.
"Bu gün HƏMAS vasitəçilərə Uittkoffun son təklifinə cavabını verdi. Gələcək razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 10 israilli girovu azad etməyə və 18 cəsədi təhvil verməyə hazırıq", - bəyanatda bildirilir.