Rusiya Silahlı Qüvvələri Ukraynada yeni əraziləri nəzarətə götürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat paylaşıb. Açıqlamada deyilir ki, Rusiya ordusu Ukraynanın Xarkov vilayətindəki Kondraşovka qəsəbəsini nəzarətə götürüb. Xəbərdə deyilir ki, Rusiya hərbçiləri Kiyev rejiminin mülki hədəflərə intensiv hücumlarına cavab olaraq Ukraynanın müdafiə sənayesi müəssisələrinə 5 qrup bombardmanı və 2 böyük bombardman həyata keçirib.
Hərbi əməliyyatların uğurlu alındığı, Kiyev rejiminin bütün təyinatlı hərbi obyektlərinin zərərsizləşdirildiyi qeyd edilib.