Türkiyənin Bingöl əyalətinin Kiğı rayonunda rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb. Bildirilir ki, bu zəlzələdən sonra Adanada 3,9 bal gücündə zəlzələ baş verib. Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi Adanadakı zəlzələnin yerin 10,33 kilometr dərinliyində baş verdiyini irəli sürüb.
Digər mənbələr isə hər iki zəlzələnin yerin 5 kilometr dərinliyində qeydə alındığını irəli sürüb. Fəsadlar barədə məlumat daxil olmayıb.